Ağdamda qasırğanın vurduğu ziyanın nəticələri aradan qaldırılır

Ağdamda qasırğanın vurduğu ziyanın nəticələri aradan qaldırılır
# 30 yanvar 2007 14:27 (UTC +04:00)
Ağdam ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrə ötən gün qasırğa nəticəsində dəyən zərərin aradan qaldırılmasına başlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəsəbələrin inşasını həyata keçirmiş tikinti təşkilatlarının mütəxəssisləri hadisə yerinə gəliblər. Artıq Dördyol-1 və Dördyol-2 qəsəbələrində uçmuş bir neçə evin damı bərpa olunub. Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Ağdam üzrə təmsilçisinin verdiyi məlumata görə, 3-4 gün ərzində qasırğanın bütün fəsadları aradan qaldırılacaq. Ağdam Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, rayon ərazisində 141 evin dam örtüyü tamamilə, 374 evin damının bir hissəsi, 14 məktəb, 9 xəstəxana, 14 inzibati bina və iki klubun dam örtüyü qasırğa nəticəsində yararsız hala düşüb. 200 elektrik dirəyi aşıb və 6000 metr naqil sıradan çıxıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR