Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət orqanlarına işə qəbul üçün müsabiqə elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında - Sənaye və Energetika Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. TQDK-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu bu gündən başlayaraq martın 16-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq. Müsabiqə test imtahanı və söhbətdən ibarət olacaq. Test imtahanında namizədə Azərbaycan Respublikasının Konstitusiyasından, dövlət qulluğuna dair qanunvericiliyindən, kompüter biliklərindən, habelə məntiqi təfəkkürdən suallar veriləcək. İmtahanda mümkün baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab ediləcək və söhbətə buraxılacaq. /APA/
Hadisə

Zaqatalada 84 yaşlı qadın özünü ağacından asaraq intihar edib

Naxçıvan-Şahbuz magistralında qəza olub, iki uşaq xəsarət alıb - FOTO

İsmayıllıda 25 yaşlı oğlan qəbiristanlıqda intihar edib
