Misir Mərdanov: “Məktəb direktorlarının attestasiyadan keçməsi məsələsinin qanunvericilikdə əks olunmasına çalışırıq”

“Məktəb direktorlarının attestasiyadan keçməsi məsələsi hələlik söz olaraq qalır, Biz çalışırıq ki, bu məsələ qanunvericilikdə öz əksini tapsın, heç olmasa bu məsələ ilə bağlı hökumət qərarı olsun”. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri Xanlarda ilin yekunlarına həsr olunmuş toplantıda iştirak edən təhsil naziri Misir Mərdanov söyləyib. Nazir təhsildə problemlərin əksəriyyətinin məktəb direktorları ilə bağlı olduğunu deyib. “Amma bu məsələ ilə bağlı yeni bir addım atmağa məcbur olduq. Rayon məktəblərinə direktor təyin olunmazdan əvvəl şəxsi işi Təhsil Nazirliyinə göndərilir, daha sonra həmin şəxs mənimlə görüşür. Son bir ayda apardığımız işlər nəticəsində namizədliyi Təhsil Nazirliyinə göndərilən şəxslərin 20 faizini geri qaytarmışıq. Həmni şəxslərlə bağlı bildirmişik ki, onlardan məktəb direktoru olmaz”. /APA/
Hadisə

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB

Sumqayıtda “Khazar” markalı minik avtomobili idarəetməni itirərək aşıb

Laçında təbii halda bitən çətənə kolları məhv edilib
