Xanlarda təhsilin inkişafı ilə əlaqədar beşillik proqram həyata keçiriləcək

“Xanlar rayonunda təhsilin səviyyəsinin qaldırılması üçün beş illik proqram hazırlanacaq”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. O, hazırlanacaq proqramın icrasına 2008-ci ildən etibarən başlanacağını bildirib. “Bu proqramda rayonda tikiləcək və əsaslı təmir olunacaq məktəblərin sayı, buraxılış imtahanlarının keçirilməsi qaydaları, məktəblərdə sinifdən-sinfə keçid imtahanları ilə bağlı qaydalar, məktəbə müəllim qəbulu qaydaları öz əksini tapacaq. Bundan başqa proqramda məktəb direktorları, rayon təhsil işçiləri ilə bağlı məsələlər, kadr məsələsinin həyata keçirilməsi problemləri, təhsil problemləri öz əksini tapacaq. Bu, rayon üçün vacib qərardır, məktəb tikməklə, məktəbləri təmir etdirməklə məsələ bitmir, əsas məsələ tədrisin keyfiyyətidir”. /APA/
Hadisə

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB

Sumqayıtda “Khazar” markalı minik avtomobili idarəetməni itirərək aşıb

Laçında təbii halda bitən çətənə kolları məhv edilib
