Radioaktiv çirklənməni müəyyən etmək üçün sərhədboyu ərazilərdə 8 dozimetrik cihaz yerləşdirilib

Radioaktiv çirklənməni müəyyən etmək üçün sərhədboyu ərazilərdə 8 dozimetrik cihaz yerləşdirilib
# 15 fevral 2007 12:10 (UTC +04:00)
Digər ölkələrdən Azərbaycana daxil olması ehtimal olunan radioaktiv çirklənmənin nəzarətdə saxlanması məqsədilə sərhədboyu ərazilərdə 8 dozimetrik cihaz yerləşdirilib. Bu cihazlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında mövcud layihələr əsasında alınıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, beynəlxalq agentlik ötən il nazirliyə layihə çərçivəsində 34253 avro dəyərində yardım edib. Layihə çərçivəsində radionuklidləri müəyyən etməklə radiasiya səviyyəsini ölçməyə imkan verən 2 rəqəmsal spektrometr cihazları alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR