Bakıda sığorta və broker təşkilatlarının əməkdaşları üçün seminar keçirilir

Bakıda sığorta və broker təşkilatlarının əməkdaşları üçün seminar keçirilir
# 15 fevral 2007 12:16 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycanda fəaliyyət göstərən sığorta və broker təşkilatlarının əməkdaşları üçün seminar keçirilir. APA-nın verdiyi məlumata görə, seminar “Malakut Sığorta” (Azərbaycan), “Malakut Rusiya” və “Kapital” (Rusiya) sığorta və broker təşkilatları tərəfindən təşkil olunub.
Tədbirdə iştirak edən sığorta üzrə britaniyalı mütəxəssis David Şorp (David Shorp) çıxışında Azərbaycanın enerji və tikinti sektoru sahələrində sığorta xidmətlərinin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsinin Azərbaycanda tətbiqindən və bunun həyata keçirilmə metodlarından danışıb.
“Malakut Rusiya” sığorta təşkilatının nümayəndəsi Aleksey Maxonov Azərbaycanda belə bir seminarın ilk dəfə olaraq keçirildiyini vurğulayıb. A.Maxonovun sözlərinə görə, Azərbaycanda sığortanın dərk edilməsi lazımi səviyyədə deyil və bu problemin aradan qaldırılması üçün Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın zəruriliyini vurğulayıb.
Sonda D.Şorp Azərbaycanın yerli sığorta təşkilatlarının nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Tədbir günün sonunadək davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR