Azərbaycanda beynəlxalq telefon rabitəsi operatoru kimi fəaliyyət göstərmək istəyənlər lisenziya alacaq

Azərbaycanda beynəlxalq telefon rabitəsi operatoru kimi fəaliyyət göstərmək istəyənlər lisenziya alacaq
# 15 fevral 2007 14:19 (UTC +04:00)
Azərbaycan prezidentinin sərəncamı ilə bu ildən beynəlxalq telefon rabitəsi operatoru kimi fəaliyyət göstərmək istəyən şirkətlər mütləq qaydada lisenziya almalıdır. APA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, beynəlxalq telefon operatoru kimi fəaliyyət göstərmək üçün nazirliyə hələ müraciətlər edilməyib.
Nazirin sözlərinə görə, indiyədək “Aztelekom” İstehsalat Birliyi və “AzEuroTel” Birgə Müəssisəsinin beynəlxalq operator kimi fəaliyyət göstərmək hüququ olub. Bundan sonra isə həmin imkanlar daha da genişləndirilib. Ə.Abbasov qeyd edib ki, bu sahədə lisenziyalaşdırmanın tətbiqi beynəlxalq telefon danışıqlarının ucuzlaşmasına da səbəb olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR