Mirkamil Rəhimov Qaradəniz İdman Oyunlarının İdarəetmə Komitəsinin toplantısında iştirak etmək üçün Trabzona yollanıb

Mirkamil Rəhimov Qaradəniz İdman Oyunlarının İdarəetmə Komitəsinin toplantısında iştirak etmək üçün Trabzona yollanıb
# 16 fevral 2007 14:14 (UTC +04:00)
Türkiyənin Trabzon şəhərindəki “Zorlu Qrand” otelində birinci Qaradəniz İdman Oyunlarının İdarəetmə Komitəsinin toplantısı öz işinə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, üç gün davam edəcək toplantıya 15-dək ölkənin nümayəndələri qatılıb. Azərbaycanı iclasda Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov təmsil edir. Yığıncaqda 2-8 iyul tarixində keçiriləcək birinci Qaradəniz İdman Oyunları ilə bağlı məsələlər müzakirə olunacaq. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR