Nardaranlılar Bakı kəndlərinin sakinlərini narkomaniya ilə mübarizə kampaniyasına qoşulmağa çağırıblar

Nardaranlılar Bakı kəndlərinin sakinlərini narkomaniya ilə mübarizə kampaniyasına qoşulmağa çağırıblar
# 16 fevral 2007 15:20 (UTC +04:00)
Nardaran ağsaqqalları Bakı kəndlərinin sakinlərini narkomaniya ilə mübarizə kampaniyasına qoşulmağa çağırıblar. Nardaran sakinlərinin APA-ya verdikləri məlumata görə, müraciətdə Bakı kəndlərinin ağsaqqallarından yaşadıqları ərazilərdə narkotik alveri ilə məşğul olan şəxslərin cəzalandırılması tələb olunub: “Bu gün narkotik maddələrin satışı və istifadəsi elə artıb ki, bəladan xilas olmağın yalnız bir yolu qalıb. Artıq hər məhəllədə, kənddə və qəsəbədə narkomaniya ilə mütəşəkkil mübarizə aparılması zərurəti yaranıb. Nardaranlılar bu reallığı nəzərə alıb Bakı kəndlərinin ağsaqqallarını, düşüncəli insanlarını narkomaniya ilə mübarizəyə çağırır. Əks təqdirdə, üzərimizə gələn narkomaniya bataqlığında hamımız boğulacağıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR