Ötən ay narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 233 cinayət hadisəsi qeydə alınıb

Ötən ay narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 233 cinayət hadisəsi qeydə alınıb
# 20 fevral 2007 09:10 (UTC +04:00)
Cari ilin yanvar ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı respublikada 233 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Qeydə alınan cinayətlərin 161-i narkotiklərin saxlanması, 69-u satışı, 21-i isə əkini ilə bağlıdır. Ötən ay respublikanın hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən 17 kq 570 qram müxtəlif növ narkotik maddə çıxarılıb. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 7 kq 760 qramı marixuana, 5 kq 950 qramı tiryək, 2 kq 582 qramı həşiş, 1 kq 278 qramı heroin olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR