ANS-in tezliyi üzrə elan olunan tenderdə iştirakla bağlı sənəd təqdim olunmayıb

ANS-in tezliyi üzrə elan olunan tenderdə iştirakla bağlı sənəd təqdim olunmayıb
# 21 fevral 2007 11:39 (UTC +04:00)
ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderdə iştirakla bağlı hələlik hər hansı sənəd təqdim olunmayıb. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N.Məhərrəmli bildirib ki, tenderdə yenə alternativlik olmasa, Teleradio Şurası müsabiqənin nəticələrinin ləğvi məsələsinə baxa bilər.
Qeyd edək ki, tender martın 20-dək keçiriləcək. Aprelin 20-dən sonra isə tenderin nəticələri acıqlanacaq. Bu müddət ərzində ANS TV və ANS ÇM-in yayımına icazə verilib.
Xatırladaq ki, ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan ilk tenderdə alternativlik olmadığı üçün nəticələr ləğv edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR