Lənkəranın hərbi komissarı dəyişdirilib

Lənkəran rayonunun hərbi komissarı dəyişdirilib. APA-nın cənub bürosunun məlumatına görə, respublikanın hərbi komissarı Əlağa Hüseynovun sərəncamı ilə Samir Məmmədov bu vəzifədən azad edilərək, Sumqayıt Şəhər Hərbi Komissarlığına təyinat alıb. Lənkəran rayonunun hərbi komissarı vəzifəsinə isə Ruslan Abdullayev təyin edilib. Bundan əvvəl o, Biləcəri Toplanış Məntəqəsində çalışıb. /APA/