Rusiya “quş qripi”nə görə Azərbaycandan şübhələnir

“Müvafiq idarələr Moskvadakı quş bazarına “quş qripi” virusunun hansı yolla gəldiyini araşdırır. Biz şübhələnirik ki, virus mənbələri qeyri-leqal yolla Azərbaycan, İran və ya Krasnodardan gətirilən ekzotik quşlar olub”. APA-nın xəbərinə görə, bu sözləri Rusiya Baytarlıq Xidmətinin rəisi Nikolay Vlasov deyib. Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva vilayətində ev quşlarının H5N1 virusundan ölməsi ilə bağlı 333 fakt qeydə alındığını açıqlayıb. Müəyyən olunub ki, bu quşların bəziləri Moskvadakı quş bazarından alınıb. Hələlik Rusiyada insanların bu virusa yoluxması halı baş verməyib. /APA/
Hadisə
Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Goranboyun həbsdə vəfat edən icra başçının qardaşı oğlu qəzada ölüb - FOTO

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb - FOTO - VİDEO
