Xersonda qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 20 Azərbaycan vətəndaşı saxlanılıb

Xersonda qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 20 Azərbaycan vətəndaşı saxlanılıb
# 13 mart 2007 13:37 (UTC +04:00)
Xerson vilayəti hüquq-mühafizə orqanları vilayət ərazisində qeyri-leqal yaşayan MDB respublikaları vətəndaşlarının aşkara çıxarılması məqsədilə “Tral” kod adı altında keçirdikləri əməliyyatı yekunlaşdırıblar. Əməliyyat zamanı vilayət ərazisində qeyri-leqal şəkildə məskunlaşan 395 şəxs aşkarlanıb, onlardan 20 nəfəri Azərbaycan, 43 nəfəri Ermənistan vətəndaşıdır. Bundan başqa əməliyyat zamanı cinayət törətməkdə şübhəli bilinən 42 mühacir saxlanılıb, saxlanan şəxslərdən 8 nəfəri mütəşəkkil cinayətkar qruplaşmaların üzvləridir. Saxlanan şəxslər arasında silahlı basqında iştirakı güman edilən azərbaycanlı da var. Ümumilikdə Xerson vilayətində MDB respublikalarından 1.877 nəfər əmək mühaciri qeydiyyata götürülüb. Qeydiyyata alınanlar arasında 274 Azərbaycan vətəndaşı var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR