Sabah Baloğlan Əşrəfovun qaraciyərində cərrahiyyə əməliyyatının aparılacağı gözlənilir

Sabah Baloğlan Əşrəfovun qaraciyərində cərrahiyyə əməliyyatının aparılacağı gözlənilir
# 13 mart 2007 16:01 (UTC +04:00)
Bu barədə APA-ya B. Əşrəfovun Türkiyədə olan bibisi oğlu İqbal Quliyev məlumat verib. Onun sözlərin görə, bir neçə gündür davam edən donor axtarışı müsbət nəticələnib. Bu gün 48 yaşlı bir Türkiyə vətəndaşı donor olmağa razılıq verib. İ. Quliyevin sözlərinə görə, B. Əşrəfovun əməliyyat olunması üçün Azərbaycan Səhiyyə Nazirliyi rəsmi icazə verməlidir: “Bu gün səhiyyə nazirinin müavini Elsevər Ağayevlə danışmışıq. Bizə deyilib ki, narahat olmayaq. Gün ərzində icazə məktubu xəstəxanaya gəlməlidir. İcazə məktubu gəlsə, sabah Baloğlan Əşrəfovun qaraciyərində cərrahiyyə əməliyyatı aparılacaq”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, rəsmi icazə məktubu artıq “Memorial” xəstəxanasına göndərilib və Türkiyə vətəndaşının B. Əşrəfov üçün donor olmasına razılıq verilib. Sənətçi özü isə APA-ya açıqlamasında vəziyyətinin yaxşı olduğunu deyib: “Özümü çox yaxşı hiss edirəm. Hazırda müalicəm uğurla davam etdirilir. Martın 18-də AzTV-də bir saatlıq konsertim efirə getməlidir. Onlardan xahiş edirəm ki, mən Azərbaycanda olmasam da, o konserti efirə versinlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR