“Beynəlxalq Bank”ın bankomatından başqasının pulunu çıxaran şəxs həbs olunub

“Beynəlxalq Bank”ın bankomatından başqasının pulunu çıxaran şəxs həbs olunub
# 14 mart 2007 12:28 (UTC +04:00)
“Beynəlxalq Bank”ın Nizami filialındakı bankomatdan başqasının pulunu çıxararaq qaçan şəxs Xətai Rayon Polis idarəsinin 34-cü bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Saxlanılan Cəmil Həsənov M. Rüstəmov 1941-ci il təvəllüdlü Akif Abdullayevin 188 manatını bankomatdan çıxarıb qaçarkən tutulub. C. Həsənovun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını talama) maddəsi ilə cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR