Gürcüstanın Sadaxlı kəndində həbs edilmiş azərbaycanlılardan ikisi azadlığa buraxılıb

Gürcüstanın Sadaxlı kəndində həbs edilmiş azərbaycanlılardan ikisi azadlığa buraxılıb
# 14 mart 2007 16:33 (UTC +04:00)
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində bir neçə gün əvvəl baş vermiş münaqişə ilə bağlı həbs edilmiş səkkiz azərbaycanlıdan ikisi azadlığa buraxılıb. Bu barədə APA-ya kəndin icra nümayəndəsi Əflatun Vəliyev məlumat verib. O, azadlığa buraxılan kənd sakinləri Şahgəldiyar Beydiyevin 3, Edil Mahmudovun isə 4 min lari məbləğində cərimələndiyini deyib. Ə. Vəliyev həbsdə qalan digər altı Sadaxlı sakininin də azadlığa buraxılması üçün sənədlərin hazırlandığını bildirib.
Xatırladaq ki, Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Sadaxlı kəndində meşə təsərrüfatı gözətçiləri ilə kənd sakini Rizvan Beydiyev arasında yaranmış mübahisə zamanı soydaşımız güllələnmişdi. Hadisənin araşdırılması məqsədilə dindirilmək üçün Sadaxlı kəndinin 8 sakini istintaqa dəvət edilmiş və oradaca həbs olunmuşdu. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR