24-cü polis bölməsinin rəisi Kərəm Rzayev: “Neftçilər” metrosunun pilləkənində heç bir şəkil görünməyib, insanlar şayiəyə inanaraq ora toplaşıblar”

24-cü polis bölməsinin rəisi Kərəm Rzayev: “Neftçilər” metrosunun pilləkənində heç bir şəkil görünməyib, insanlar şayiəyə inanaraq ora toplaşıblar”
# 16 mart 2007 08:48 (UTC +04:00)
İzahat alındıqdan sonra həmin şəxs sərbəst buraxılıb. Bu barədə APA-ya 24-cü polis bölməsinin rəisi Kərəm Rzayev məlumat verib. K. Rzayev bildirib ki, saxlanılan şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 32 ünvanında yaşayan Siracəddin Akif oğlu Hüseynov telefonunda olan şəkillə bağlı bölməyə gətirilib. Onun sözlərinə görə, hadisədə heç bir cinayət tərkibi olmadığından S. Hüseynovun ifadəsi alınıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb. “Həmin ərazidə heç bir şəkil görünməyib, sadəcə olaraq insanlar şayiəyə inanaraq vahiməyə düşüblər və ora toplaşıblar”. K. Rzayev həmin ərazidə təhlükəsizliyin təminatına Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsi cavabdehdir. Adı çəkilən şöbənin rəis müavini Mais Əhmədov hadisə ilə bağlı metropoliten polisi tərəfindən heç bir araşdırma aparılmadığını, hazırda adı çəkilən ərazidə insanların toplaşmadığını deyib. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildiriblər ki, pilləkən üzərindən peyğəmbərin şəklinin peyda olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur, buna görə də qurum məsələyə münasibət bildirməyəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR