Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsirlikdə olan Samir Məmmədovun ailəsi ilə görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsirlikdə olan Samir Məmmədovun ailəsi ilə görüşüblər
# 29 mart 2007 14:40 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovun ailə üzvləri ilə görüşüblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş BQXK-nın Bərdə ofisində keçirilib. Əsir əsgərin əmisi Vidadi Məmmədov APA-ya açıqlamasında ailə üzvlərinin yazdığı son məktubun Samir Məmmədova çatdırıldığını deyib: “Beynəlxalq Qırmız Xaç Komitəsinin nümayəndələri biz dedilər ki, sonuncu məktubumuz da Samirə çatdırılıb. Onlar Samirin səhhətinin normal olduğunu bildirirlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR