Əli Bayramlıda qatar “QAZel”lə toqquşub

Əli Bayramlıda qatar “QAZel”lə toqquşub
# 30 mart 2007 14:51 (UTC +04:00)
Əli Bayramlıda qatar “QAZel”i vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul sakini Mailov Ramil Mail oğlunun idarə etdiyi ərzaqla dolu “QAZel” markalı, 24 BD 442 dövlət nömrə nişanlı avtomobil Əli Bayramlı cənub sənaye zonasının nizamlanmayan keçidindən keçərkən baş verib. Qatar avtomobili bir neçə metr sürüyəndən sonra yoldan kənara atıb. Sürücü avtomobildən tullamağa imkan tapdığından yüngül xəsarət alıb. Faktla bağlı şəhər dəmir yolu polisində tədqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR