Sürücünü qarət edən iki şəxsdən biri yaxalanıb

Sürücünü qarət edən iki şəxsdən biri yaxalanıb
# 04 aprel 2007 12:51 (UTC +04:00)
Dünən gecə saat 00:05 radələrində metronun “Əzizbəyov” stansiyası yaxınlığında soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2 naməlum şəxs Sabunçu qəsəbə sakini Elnur Məsimovun idarə etdiyi “Mercedes” markalı avtomaşına sərnişin qismində oturaraq, Bakıxanov qəsəbəsinə gedəcəklərini bildiriblər. Bakıxanov qəsəbəsi ərazisində onlar E. Məsimovu bıçaqla hədələyərək mobil telefonunu, qızıl qolbağını və 40 manat pulunu ondan alıb hadisə yerindən qaçıblar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Tovuz rayon sakini Zöhrab Əhmədov tutulub, digər şəxsin tutulması üçün isə tədbirlər davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR