Samuxda “Cəsurlar” hərbi idman və turizm oyununun zona yarışının ikinci turu başa çatıb

Samuxda məktəblilər arasında keçirilən “Cəsurlar” hərbi idman və turizm oyunu zona yarışının ikinci turu keçirilib. Samux rayon gənclər və idman baş idarəsinin rəisi Elbrus Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, gənclərin vətənpərvərlik tərbiyəsinə xidmət edən bu yarış Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşəbbüsü ilə keçirilib. Qərb regionunun 9 rayonunun komandalarının qatıldığı yarışda əsasən 7-8 sinif şagirdləri iştirak edib. Zona yarışında Xanlar və Qazax rayonlarının komandaları qalib gəlib. Qeyd edək ki, “Cəsurlar” hərbi idman və turizm oyununun final mərhələsi Bakıda keçiriləcək. Final mərhələsinə Qərb regionundan Xanlar və Qazax rayonlarının komandaları qatılacaqlar. /APA/
Hadisə

Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - FOTO

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürülüb

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
