İsmayıllı rayonunda torpaq sürüşməsi baş verib

Rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Qəniyevin APA-ya verdiyi məlumata görə, sürüşmə kəndin yaşayış sahəsindən 200 metr kənarda başlayıb. Sürüşmə zamanı tələfat qeydə alınmayıb, kənddə dağıntı yoxdur. X. Qəniyev deyib ki, bir həftə əvvəl başlayan sürüşmə hazırda davam edir: “Sürüşmənin qarşısını almaq qeyri-mümkündür. Bu barədə Fövqəladə Hallar Nazirliyinə, Nazirlər Kabinetinə məlumat verilib. Sürüşmə bu şəkildə davam etsə, kəndin köçürülməsi məsələsinə dövlət səviyyəsində baxılacaq. Belə getsə, təxminən 1 aya kənd ciddi təhlükə ilə üzləşə bilər”.
İcra başçısının müavini Fövqəladə Hallar Nazirliyini mütəxəssislərinin hadisə yerində olduqlarını da bildirib. /APA/
İcra başçısının müavini Fövqəladə Hallar Nazirliyini mütəxəssislərinin hadisə yerində olduqlarını da bildirib. /APA/
Hadisə

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürülüb

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub
