Fövqəladə Hallar Nazirliyi: “Sakinləri evakuasiya olunmuş binaların taleyi ilə bağlı son qərar yalnız ekspertizanın rəyindən sonra veriləcək”

Fövqəladə Hallar Nazirliyi: “Sakinləri evakuasiya olunmuş binaların taleyi ilə bağlı son qərar yalnız ekspertizanın rəyindən sonra veriləcək”
# 03 sentyabr 2007 10:01 (UTC +04:00)
Aksiya iştirakçılarından Rüfət Mütəllibov jurnalistlərə bildirib ki, Murtuza Muxtarov-185 ünvanında yerləşən bina uçan gün mənzillərindən evakuasiya olunublar: “Biz ya mənzillərimizə buraxılmağı, ya da buraxılmamağımızın səbəbi ilə bağlı rəsmi açıqlama verilməsini tələb edirik”.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov isə bildirib ki,
Hadisə baş verəndən sonra ətrafdakı binaların sakinləri Daxili İşlər və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə əşyalarını evlərindən çıxarıblar. Onların evlərinə qayıdıb-qayıtmayacaqları yaradılmış müvafiq komissiyanın rəyi açıqlanandan sonra məlum olacaq. Komissiya monitorinq nəticəsində binanın yararlı olub-olmadığını araşdıracaq, yaşayış üçün heç bir problem olmayacağı təqdirdə sakinlərin evlərinə qayıtmasına icazə veriləcək. O, Yasamal rayon İcra Hakimiyyəti başçısının və müavinin sakinlərlə danışıqlar apardığını, situasiyasını onlara izah etdiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR