Ekspertiza komissiyası Azərbaycan paytaxtında uçmuş binanın yaxınlığındakı binalara bu gün növbəti dəfə baxış keçirib

Ekspertiza komissiyası Azərbaycan paytaxtında uçmuş binanın yaxınlığındakı binalara bu gün növbəti dəfə baxış keçirib
# 03 sentyabr 2007 13:12 (UTC +04:00)
Onun sözlərinə görə, ekspertiza komissiyası üç qrupa bölünüb və qruplar ayrı-ayrı binalara baxış keçirib. S. İslamov ekspertizanın rəyinin açıqlanacağı vaxtın hələlik müəyyənləşmədiyini deyib: “Bunun səbəbi odur ki, keçirilən monitorinqlərlə bağlı rəylər hazırlanır. Rəylər toplanandan sonra yekun rəy hazırlanacaq və komissiya sədri tərəfindən açıqlanacaq”. Binalardan evakuasiya olunmuş sakinlərin rəyin gecikməsi ilə bağlı narazılığına münasibət bildirən S. İslamov deyib ki, bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həmin sakinlərlə görüşüb. Görüşdə sakinlərə bildirilib ki, evlərin təhlükəsizliyi və oğurluq hallarının baş verməməsi məqsədilə ərazidə post-patrul xidməti təşkil olunub, sakinlər komissiyanın təyin etdiyi şəxslərlə istədikləri vaxt evlərinə baş çəkə bilərlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR