Azərbaycanın Dəvəçi rayonunda çoxsaylı qətllərdə ittiham olunan şəxsin qardaşı bir neçə il əvvəl azyaşlı qızı oğurlamağa cəhd edib

Azərbaycanın Dəvəçi rayonunda çoxsaylı qətllərdə ittiham olunan şəxsin qardaşı bir neçə il əvvəl azyaşlı qızı oğurlamağa cəhd edib
# 03 sentyabr 2007 13:51 (UTC +04:00)
Rayonun hüquq-mühafizə orqanlarındakı mənbənin APA-nın şimal bürosuna verdiyi məlumata görə, bir neçə gün əvvəl Dağ Bilici kənd sakini Gülxanım Xudaverdiyeva istintaq qrupu tərəfindən dindirilib. Buna səbəb isə Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən Qələgah kənd sakini Təvəkkül İsmayılovun qardaşı, hazırda həbsdə olunduğu bildirilən Elnur İsmayılovun təxminən beş il əvvəl Gülxanım Xudaverdiyevanın azyaşlı qızını bulaq başından su gətirərkən oğurlamaq istəməsi olub. Həmin vaxt bu oğurluğun baş tutmasına Dağ Bilici kənd sakini Diləfruz Daşdıyeva və təsadüfən yoldan keçən iki atlı səbəb olub. D. Daşdıyeva yoldan keçənləri də haraya çağıraraq, qızı Elnur İsmayılovun əlindən qurtarıb. Bundan bir az sonra 2005-ci il mayın 17-də isə D. Daşdıyeva Təvəkkül İsmayılov tərəfindən aldadılaraq aparılıb və bununla da yoxa çıxıb. Bu günə qədər o, itkin düşmüş sayılır.
Hadisədən sonra azyaşlı qızın mərhum atası Mürvət Xudaverdiyev Dəvəçinin hüquq-mühafizə orqanlarına şikayət etsə də, Elnur İsmayılov haqqında heç bir ölçü götürülməyib. Son baş verənlərdən sonra isə hadisə yenidən araşdırılmağa başlanıb.
Qeyd edək ki, bu il avqustun 9-da - Nailə Məcidovanın meyiti Siyəzəndəki sudurulducu hövzədən tapılan gün Gülxanım Xudaverdiyeva APA-nın şimal bürosuna müsahibə verib. O, açıqlamasında azyaşlı qızının Elnur İsmayılov tərəfindən oğurlanmaq istənilməsi ilə bağlı faktı təsdiqləyib. Həmin vaxt polis bölməsinə şikayət etdiklərini deyən G. Xudaverdiyeva polis şöbəsində onlara susmağın məsləhət bilindiyini də deyib: “Bizə dedilər ki, uşaqda heç bir iz yoxdur, onu həkimə aparmayın. Biz buna görə də Elnuru tutmuruq. Onlar işi ört-basdır etdilər”.
Qeyd edək ki, Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Təvəkkül İsmayılov Dağ Bilici kəndinin bir neçə il əvvəl itkin düşmüş Diləfruz Daşdıyevanı qətlə yetirməkdə də şübhəli bilinir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR