Azərbaycanın Qəbələ rayonunda 3 hektar sahədən 16 ton 200 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycanın Qəbələ rayonunda 3 hektar sahədən 16 ton 200 kiloqram narkotik vasitə aşkarlanıb
# 29 sentyabr 2007 11:22 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu narkotik vasitənin ümumilikdə çəkisi 16 ton 200 kiloqram olub. Ərazidən 9000 ədəd kənaf kolu yığaraq məhv edilib. Füzuli rayonun Böyük Bəhmənli kənd sakini Təbriz Süleymanovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 150 kiloqram olan 360 ədəd çətənə kolu aşkarlanaraq, götürülüb. Xanlar rayonunun "Qızıl Qaya" adlanan ərazisində isə yabanı halda bitmiş, çəkisi 2438 kiloqram olan 1376 ədəd çətənə kolu məhv edilib. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR