Azərbaycanın Kürdəmir rayonunda göz qapaqları bitişik buzov dünyaya gəlib

Heyvanın həyatı təhlükədə olduğundan fermer ərazidə yeni fəaliyyətə başlamış “Aran KH” kənd təsərrüfatı mərkəzinin süni mayalanma texniki Cahan Zülfüqarova müraciət edib. Baytar həkimi ilkin müayinədə buzovun görmə qabiliyyətinin olduğunu aydınlaşdırıb. Aparılan cərrahi əməliyyat nəticəsində buzovun gözü açılıb və görmə qabiliyyəti bərpa olunub. Aqro İnformasiya Mərkəzi ekspertlərinin fikrincə, hadisə qeyri-adi olsa da, təsadüf nəticəsində baş verməyib. Belə ki, buzov olmamışdan əvvəl ana inək naxırda olarkən mexaniki zədə alıb və bir gözü görmə qabiliyyətini itirib. Mərkəzin təlimatçı eksperti Əlövsət Abdulovun sözlərinə görə, körpə buzovlarda belə qeyri-normal vəziyyətin baş verməsi bir çox səbəblərdən, yoluxucu xəstəliklərdən, zəhərlənmələrdən, mexaniki təsirlərdən ola bilər. Heyvanlarda da yaxın qohumluqda cütləşmə nəticəsində qeyri-normal balaların doğulması faktı mövcuddur. /APA/
Hadisə

“Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı" - Həbsdə olan idarə rəisinin məhkəməsi

Baş Prokurorluq mina təhlükəsi ilə əlaqədar çarx hazırlayıb - VİDEO

Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb
