Türkiyədə qanunsuz çalışan 7 azərbaycanlı saxlanılıb

Türkiyədə qanunsuz çalışan 7 azərbaycanlı saxlanılıb
# 02 oktyabr 2007 12:45 (UTC +04:00)
Türkiyədə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu gün İstanbulun Çatalca səmtində bəzi iş yerlərində əməliyyat keçirən jandarmalar icazəsiz çalışan xarici ölkə vətəndaşlarını həbs ediblər. Yaxalananların 7-si azərbaycanlı, 6-sı iranlı, 1-i isə türkməndir. Bu şəxslər ölkədən deportasiya ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR