Yol qəzalarında 1 nəfər ölüb, 23 nəfər yaralanıb

Yol qəzalarında 1 nəfər ölüb, 23 nəfər yaralanıb
# 02 oktyabr 2007 13:20 (UTC +04:00)
Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Cavadxan küçəsində Gədəbəy rayon sakini Eldəniz Tanrıverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Bakı şəhər sakini Rasim Məmmədovu vurub. Nəticədə R. Məmmədov hadisə yerində ölüb. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
Ağstafa rayonunun Dağkəsəmən kəndində Qazax rayon sakini İlyas Xəlilovun idarə etdiyi “VAZ-21074” və Ağstafa rayon sakini Ramin Ərəbovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış R. Ərəbov və sərnişinləri - Qazax rayon sakinləri Natella Ərəbova, Təyyarə Ərəbova, Ağstafa rayon sakini Larisa Ərəbova, habelə İ. Xəlilovun sərnişini, Qazax rayon sakini Valeh Babayev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.
Hacıqabul rayonunun Padar kəndində Yevlax şəhər sakini Abdulla İsmayılovun idarə etdiyi “Kamaz-5511”, Ağdaş rayon sakini Vüqar Qədirovun idarə etdiyi “Kamaz-5511” və Mingəçevir şəhər sakini Rasim Mahmudovun idarə etdiyi “Mersedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış A. İsmayılova, R. Mahmudova və onun 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Siyəzən rayonunda Xaçmaz rayon sakini Samir Kərimovun idarə etdiyi “Opel” və Sumqayıt şəhər sakini Zöhrab Babaxanovun idarə etdiyi “Azsamand” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücüyə və Z. Babaxanovun sərnişinləri, Rusiya Federasiyası vətəndaşları Becina Xurşıdova, Merxa Ciyarksayevna, habelə S. Kərimovun sərnişinləri - Bakı şəhər sakinləri Zaur Mustafayev və Ayaz Səfərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Ramiz Dadaşovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “KamAZ” markalı avtomaşının sürücüsü, Ağsu rayon sakini Ağazər Abbasov yaxalanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR