Azərbaycan paytaxtında güclü yanğın baş verib, iki nəfər ölüb, dörd nəfər yaralanıb

Azərbaycan paytaxtında güclü yanğın baş verib, iki nəfər ölüb, dörd nəfər yaralanıb
# 02 oktyabr 2007 14:34 (UTC +04:00)
Yanğın nəticəsində hadisə yerinə iki nəfərin cəsədi aşkarlanıb, müxtəlif dərəcəli bədən xəsarətləri almış 4 nəfərdən 3-ü 5 saylı Klinik Xəstəxanaya, 1-i isə Respublika Xəstəxanasına çatdırılıb. APA-nın xəstəxanalarda olan əməkdaşlarının məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar Qobustan rayonu Təklə Mirzəbaba kənd sakini, 1974-cü il təvəllüdlü Babaveyis Fəxrəddin oğlu Soltanov, Lənkəran rayonu, Nüvəndi kənd sakini, 1987-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev, Sabirabad sakini, 1980-ci il təvəllüdlü Fikrəddin İmaməli oğlu Əkbərov və Ağstafa rayon Yeni gün kənd sakini, 1985-ci il təvəllüdlü Murad Abdulla oğlu Orucovdur. 5 saylı Klinik Xəstəxanaya yerləşdirilmiş ilk 3 nəfərin vəziyyəti ağır, sonuncu şəxsin vəziyyəti isə yüngül kimi qiymətləndirilir.
Hadisə yerinə 4-cü dərəcəli çağırışla 10-dan artıq yanğınsöndürən maşın cəlb olunub. Yanğın artıq söndürülüb. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi hadisə yerində olub, hazırda hadisə yerində nazirliyin istintaq qrupu işləyir. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi hələlik mümkün olmayıb.
Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov APA-ya hadisə nəticəsində iki nəfərin cəsədinin çıxarıldığını təsdiqləyib. Yanğının təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini deyən prokuror köməkçisinin sözlərinə görə, yanğın baş verdikdən sonra balon partlayıb.














#
#

ƏMƏLİYYAT İCRA OLUNUR