Qulu Məhərrəmli AzTV-dən uzaqlaşdırılıb

Televiziyanın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova APA-ya məlumatı təsdiqləyərək bildirib ki, Q. Məhərrəmli ilə bağlanan müqavilənin müddəti bitib və onunla yeni müqavilə bağlanmayıb. X. Qasımova Q. Məhərrəmlinin işdən uzaqlaşdırılması xəbərini sakit qarşıladığını deyib.
Q. Məhərrəmli APA-ya açıqlamasında bu barədə məlumatlandırıldığını, lakin işdən çıxarılmasının səbəblərini hələlik tam dəqiqləşdirə bilmədiyini bildirib.
Qeyd edək ki, Q. Məhərrəmli 12 il AzTV-də “Səhər” proqramının rəhbəri olub. Arif Alışanov AzTV-nin prezidenti təyin edildikdən sonra o, bu il aprelin 3-də Müəllif Proqramları və Xüsusi Layihələr Departamentinin rəhbəri təyin olunub. /APA/

Hadisə

Ucarda arvadını öldürən, tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO - YENİLƏNİB

Abşeronda ev yanıb