4 yol qəzasında 2 nəfər ölüb

4 yol qəzasında 2 nəfər ölüb
# 03 oktyabr 2007 12:23 (UTC +04:00)
Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayondakı Xocalı prospektində Bakı şəhər sakini Xeyrəddin Ələkbərov idarə etdiyi “Volksvagen” markalı avtomaşınla həmyerliləri Arif Babayevi və Zaur Məmmədovu vurub. Nəticədə xəsarət almış A. Babayev və Z. Məmmədov xəstəxanaya yerləşdirilib. A. Babayev orada ölüb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Nizami rayonundakı Moskva prospektində Bakı şəhər sakini Elşən Əliyarbəyov idarə etdiyi “Mersedes” markalı avtomaşınla 30-35 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində keçinib. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Neftçala rayonunun Bankə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sənan Bağırov həmyerlisi Elxan Quliyevə məxsus “Moskviç-412” markalı avtomaşını qaçırıb. O, avtomobili idarə edərkən Şirinbacı Həziyevanı vurub. Nəticədə xəsarət almış Ş. Həziyeva xəstəxanaya yerləşdirilib. Neftçala RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində S. Bağırov yaxalanıb. Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində Sarxanlı kənd sakinləri Ülfət Abbasovun idarə etdiyi “QAZ-3110” markalı avtomaşınla Davud Quliyevin idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub və sonradan “QAZ-3110” markalı avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, Ü.Abbasov isə xəsarət alıb.
Hacıqabul rayonunun Nəvahi kəndində Sabirabad rayon sakini Tofiq Səmədov idarə etdiyi “Azsamand” markalı avtomaşınla DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Hikmət Abdullayevi vurub. Nəticədə xəsarət almış H. Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR