Lənkəranda narkotik vasitələrin məhvetmə aksiyası keçirilib

Lənkəran Şəhər Polis Şöbəsində müsadirə olunmuş narkotik vasitələrin məhv edilməsi aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında “Narkomaniya əleyhinə fəaliyyəti əlaqələndirmə” komissiyası üzvlərinin və yerli KİV nümayəndələrinin qatıldığı tədbirdə ümumilikdə 3,984 qram heroin,10,547 qram tiryək və 36,62 qram marixuana yandırılaraq məhv edilib. /APA/
Hadisə

“Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı" - Həbsdə olan idarə rəisinin məhkəməsi

Baş Prokurorluq mina təhlükəsi ilə əlaqədar çarx hazırlayıb - VİDEO

Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb
