Yol qəzalarında 10 nəfər ölüb

Yol qəzalarında 10 nəfər ölüb
# 08 oktyabr 2007 14:25 (UTC +04:00)
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində Abşeron rayon sakini Sahib Həsənov idarə etdiyi “Mercedes” markalı avtomaşınla şəhər sakini Hüseyn Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H. Əliyev oktyabrın 6-da orada ölüb. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Qazax rayonunun 1-ci Şıxlı kəndində “Ford” markalı avtomaşınla kənd sakini Arzuman Əhmədov vurulub, sürücü isə hadisə yerindən qaçıb. Nəticədə xəsarət almış A.Əhmədov xəstəxanaya aparılarkən yolda keçinib. Qazax RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış sürücü, Gürcüstan vətəndaşı Turab Nuriyev tutulub.
Nizami rayonundakı Babək prospektində Bakı şəhər sakini Aslan Kərimov idarə etdiyi “Opel” markalı avtomaşınla Naftalan şəhər sakini Zamir Təhməzovu vurub. Nəticədə Z.Təhməzov hadisə yerində ölüb. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsində Əli Bayramlı şəhər sakini Bəxtiyar Yolçuyevin idarə etdiyi “VAZ-2107” və İmişli rayon sakini Səməd Mənsimovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşub, sonradan B. Yolçuyevin idarə etdiyi avtomaşın aşıb. Nəticədə xəsarət almış B. Yolçuyev və sərnişinləri, həmyerliləri Vüqar Məmmədov, Vüqar Əliyev və Xəqani Qəmbərov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Yevlax rayonunun Xaldan kəndində rayon sakini İftixar Mirzəbəyli idarə etdiyi “VAZ-21015” markalı avtomaşını kanala aşırıb. Nəticədə İ. Mirzəbəyli və sərnişini, həmyerlisi Təbriz Cəbrayılov hadisə yerində keçinib, xəsarət almış digər sərnişini Eyyub Kərimov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsində Qax rayon sakini Kamil Rzayev “Mersedes” markalı avtobusu idarə edərkən onu qarşıda gedən Qobustan qəsəbə sakini Sakit Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşına vurub. Sonradan hər iki avtomaşın aşıb. Nəticədə K. Rzayevin sərnişinlərindən Qax rayon sakini Qənirə Məhiyəddinova hadisə yerində ölüb, xəsarət almış hər iki sürücüyə və K. Rzayevin 9 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
İmişli rayonunda rayon sakini Eyyub Məmmədov idarə etdiyi “VAZ-2121” markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E. Məmmədov orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Dəvəçi rayonunun Aygünlü kəndində Bakı şəhər sakini Şərafət Məmmədrəsulovun idarə etdiyi “Opel” və Dəvəçi rayon sakini Musaqulu Salmanovun idarə etdiyi “QAZ-52” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və Ş.Məmmədrəsulovun sərnişinləri - Rusiya vətəndaşları Səlim Qələmdarov, Kapisat Qələmdarova, Quba rayon sakinləri Hacıbala Hacıbalayev və Elşad Hacıbalayev xəstəxanaya yerləşdiriliblər. S. Qələmdarov və H. Hacıbalayev orada vəfat ediblər. faktla bağlı Dəvəçi RPŞ-də araşdırma aparılır.
Şamaxı rayonunda Qobustan rayon sakini Mürşüd Şeydayevin idarə etdiyi “VAZ-2106” və Göylər kənd sakini Babakişi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və M. Şeydayevin sərnişinləri həyat yoldaşı İntizar və Qobustan rayon sakini Bacınisə Cənnətova xəstəxanaya yerləşdiriliblər. İntizar orada dünyasını dəyişib. Faktla bağlı Şamaxı RPŞ-də araşdırma aparılır.
Şamaxı rayonunda müəyyən edilməmiş avtomaşınla Ağsu rayon sakini Şamama Əliyeva vurulub. Nəticədə xəsarət almış Ş.Əliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Şamaxı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-21011” markalı avtomaşının sürücüsü, Şamaxı şəhər sakini Tarix Kərimov saxlanılıb. Faktla bağlı Şamaxı RPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR