Bərdə-Tərtər yolunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

Bərdə-Tərtər yolunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib
# 09 oktyabr 2007 09:00 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saat 07:35 radələrində Bərdə-Tərtər yolunun 10-cu kilometrliyində - Tərtər rayonunun Sarıcalı kəndi ərazisində “N” saylı hərbi hissənin zabiti Ramin Əvəz oğlu Mikayılov idarə etdiyi “VAZ-21011” markalı 31 BA 169 dövlət nömrə nişanlı avtomobillə kənd sakini, 1939-cu il təvəllüdlü Tağı Əli oğlu Əliyevi vurub. T. Əliyev hadisə yerində keçinib. Qeyd edək ki, piyada ərazidə qoyun otarırmış. R. Mikayılov ondan başqa 5 qoyunu da vurub öldürüb.
Bərdə-Tərtər yolunun 6-cı kilometrliyində “KİA” markalı avtomobillə 10 KS 695 dövlət nömrə nişanlı “VAZ-2103” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2103”-ün sürücüsü Yusif Həsənalı oğlu Heydərov hadisə yerində ölüb, sərnişini Rəna Dünyamalıyeva isə ağır kəllə-beyin travması ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR