SKMF bu il üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin 63%-ni istifadə edib

SKMF bu il üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin 63%-ni istifadə edib
# 09 oktyabr 2007 10:32 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nəzdində olan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsinə artıq 50 mln. manat (62,5%) ayırıb.
APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib: “Fondun vəsaitindən ayırılan 50 mln. manatın 2/3 hissəsi regionlarda kənd təsərrüfatı, sənae istehsalı, xidmət sahəsində fəaliyyət göstərən sahibkarlara verilib”.
Bu il olduğu kimi, gələn il də dövlət büdcəsindən SKMF-yə 80 mln. manat ayrılacaq ki, bunun da 6 mln. manatı Naxçıvan Muxtar Respublikası, qalan 74 mln. manatı isə respublikanın digər şəhər və rayonları üçün nəzərdə tutulub.
Qeyd edək ki, perspektivdə SKMF-nin fəaliyyəti təkrarmaliyyələşdirmə mexanizminə əsaslanacaq. Belə ki, əvvəllər ayrılmış kreditlər sahibkarlar tərəfindən qaytarıldıqdan sonra, həmin vəsait təkrarən kreditləşmə üçün istifadə olunacaq və bununla əlaqədar fondun dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılacaq.
Xatırladaq ki, SKMF-dən kreditlər maksimum 7 il müddətinə və maksimum illik 7% dərəcəsilə ayrılır. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR