Polis bölməsinə gətirilən şəxs özünü pəncərədən atıb

Polis bölməsinə gətirilən şəxs özünü pəncərədən atıb
# 11 oktyabr 2007 14:08 (UTC +04:00)
Astara rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Axundov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Axundov Nəsimi rayonundakı Səməd Vurğun bağında 1 qram heroini 70 manata satarkən Nəsimi RPİ-nin 22-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub və polis bölməsinə gətirilib. O, polis bölməsinin əməkdaşı, polis leytenantı Kənan Məmmədovun 2-ci mərtəbədə yerləşən xidməti otağında olarkən özünü pəncərədən atıb. K. Axundov ayağının sınığı ilə xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR