Ölümlə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayır

Ölümlə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayır
# 10 sentyabr 2019 19:55 (UTC +04:00)

Ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nicat Şalbuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu il avqustun 5-də Quba rayonu ərazisindəXaçmazın Əhmədova kənd sakini, 34 yaşlı Nicat Tahir oğlu Şalbuzov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Quba şəhəri istiqamətinə gedərkən idarəetməni itirib. Nəticədə yoldan çıxaraq Püstəqasım kəndinin qaz xəttinə çırpılıb. Maşında olan 4 sərnişin-Xaçmazın Müzəffəroba kənd sakinləri 61 yaşlı Elmira Məmmədova, onun gəlini və nəvəsi-26 yaşlı Şəlalə, 6 yaşlı Dilşad Məmmədovalar, Qubanın Timiryazev qəsəbə sakini, 39 yaşlı Gülnarə Quliyeva Quba diaqnostika mərkəzinə çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq nənə Elmira Məmmədovanı xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR