Bakıda intihar etmək istəyən şəxs xilas edilib - YENİLƏNİB

Bakıda intihar etmək istəyən şəxs xilas edilib - YENİLƏNİB
# 19 iyul 2019 13:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***

saat 12:35

Bakıda bir nəfər hündürlüyə çıxaraq, intihar edəcəyini bildirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin qülləli kranın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nurlan Cəfəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR