1988-1992-ci illərdə ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı 212 cinayət işi başlanıb

1988-1992-ci illərdə ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı 212 cinayət işi başlanıb
# 06 oktyabr 2022 11:43 (UTC +04:00)

Döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 212 cinayət işi başlanılıb.

APA xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, 12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb. Qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir:

“Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib.

Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR