2019-cu ildə 73 ton 892 kq narkotik maddə məhv edilib

2019-cu ildə 73 ton 892 kq narkotik maddə məhv edilib
# 17 iyul 2019 17:33 (UTC +04:00)

2019-cu ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, cinayət məsuliyyətinə 1687 nəfər cəlb edilib. Onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvəllər cinayət törədib, 5-i əvvəllər xüsusi qeydiyyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşı olub.

Əcnəbilərdən 40-ı İran, 5-i Gürcüstan, 4-ü Rusiya, 2-si Türkiyə, 2-si Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır.

Qeyd olunan xarici ölkə vətəndaşlarından ümumilikdə 585 kq 840,908 qram narkotik vasitə götürülüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR