Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeronda avtomobil qadını vuraraq öldürüb
# 08 sentyabr 2020 12:13 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini C.Həşimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR