Abşeronda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Abşeronda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 13 sentyabr 2020 03:20 (UTC +04:00)

Abşeronda zəncirvari yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. “VAZ 21015” markalı avtomobil ona çırpılıb. Evakuator xidmətinə məxsus nəqliyyat vasitəsi isə “VAZ 21015”ə çırpılıb. Nəticədə “VAZ 21015”də olan bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR