Abşeronda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər azyaşlı ölüb

Abşeronda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər azyaşlı ölüb
# 14 dekabr 2020 13:56 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Məmmədovun idarə etdiyi “Hyundai” markalı yük və Bakı şəhər sakini D.Dadaşovun idarə etdiyi “Renault” markalı minik avtomobilləri toqquşub. Nəticədə D.Dadaşovun sərnişinləri olan azyaşlı qızı Amina və Bakı şəhər sakini A.Qarayeva xəsarətlərlə xəstəxanaya yerləşdirilib, uşaq orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR