Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb - FOTO

Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb - FOTO
# 25 fevral 2020 15:53 (UTC +04:00)

Ağcabədidə güclü külək toy çadırını uçurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacılar kəndində qeydə alınıb. Kənd sakini Həsən Kərimovun övladının toy məclisi üçün quraşdırılmış çadırı külək uçurub. Bu səbəbdən toy məclisi yarımçıq dayandırılıb. Xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR