Ağdamda bıçaqlanma hadisəsi baş verib

Ağdamda bıçaqlanma hadisəsi baş verib
# 28 mart 2020 11:36 (UTC +04:00)

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqlanıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E. Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR