Ağdamda mağazadan oğurluq edən qrupun daha bir üzvü məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ağdam Rayon Polis Şöbəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Ağdam rayonu ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 91 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Başqərvənd kənd sakini E.Məmmədov saxlanılıb.