Ağdaş və Tərtər sakinlərindən odlu silahlar götürülüb

Ağdaş və Tərtər sakinlərindən odlu silahlar götürülüb
# 08 yanvar 2021 12:53 (UTC +04:00)

Ağdaş və Tərtər sakinlərində qanunsuz silahlar aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q. Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Eyni zamanda, Tərtər polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q. Rzayevin, X. Axundovun, S. Allahverdiyevin və E. Cahangirovun yaşadıqları evlərinə baxış zamanı 5 ədəd “İJ” markalı ov tüfəngləri aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR