Ağsatafada bazarda pirotexniki vasitələr satan şəxs saxlanılıb

Ağsatafada bazarda pirotexniki vasitələr satan şəxs saxlanılıb
# 24 dekabr 2020 13:42 (UTC +04:00)

Ağstafa rayonunda pirotexniki vasitələti satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T. Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

T. Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib, toplanmış material rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR